Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev qarşılıqlı ticarətin və iqtisadiyyata sərmayələrin artırılması üçün Türk Şurasına üzv-ölkələrinin çox böyük potensialını qeyd edib.
“Bakı və İrəvan arasında əldə olunan sülh sazişi bu istiqamətdə Böyük İpək Yolunu dirçəltməyə imkan yaradacaq, bu da Xəzər dənizinin rolunu artıracaq. Bu, ölkələrimiz qarşısında Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün üstünlüklərindən səmərəli istifadə olunması üçün yeni imkanlar açacaq”, - Nazarbayev çərşənbə günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bildirib.
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (və ya Turan Dəhlizi) Avropa ilə Asiya arasında ən təhlükəsiz və ən qısa ticarət marşrutuna çevrilir”, - o qeyd edib. **