2020-ci ilin yekunları üzrə “İpək Yolu Sığorta” şirkətinin xalis mənfəəti 1 milyon 964 min 287,77 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə sığorta şirkətinin mənfəəti 876 min 786,12 manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkətin mənfəəti 2,2 dəfə artıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, ötən il onun gəlirləri 22 milyon 76 min 196,54 manat, o cümlədən sığorta haqları 17 milyon 323,2 min manat (azalma 6,3%), investisiya gəlirləri 500,017 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2020-ci ildə şirkətin xərcləri 19 milyon 620 min 836,83 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 2 milyon 650,005 min manat (azalma 86,7%), qaytarılan sığorta haqları 663,208 min manat, sığorta işinin aparılması xərcləri 1 milyon 763,878 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin aktivləri 57,1% - 30 milyon 235,207 min manatadək, kapitalı 22,8% - 17 milyon 576,307 min manatadək, öhdəlikləri 44,4% – 12 milyon 658,9 min manatadək azalıb.
Ötən il şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 10,1% - 10,9 milyon manata qədər artıb.
"İpək Yolu Sığorta" şirkəti 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 milyon 77 min manata bərabərdir.*
Ə.Məmmədov