Azərbaycan aprelin sonuna qədər Çindən təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 min doza vaksin alacaq. Bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.
“Çin hökuməti Azərbaycana təmənnasız olaraq 150 min doza vaksinin verilməsi ilə bağlı qərar qəbul edib. Vaksin partiyasının aprelin sonunadək Bakıya gətirilməsi nəzərdə tutulub”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Azərbaycan Çinlə “SinoVac” şirkətinin istehsalı olan 5 milyon doza “CoronoVAC” peyvəndinin alınması haqqında müqavilə bağlayıb. Bu gün vaksinin 500 min dozalıq birinci partiyası Bakıya gətirilib.*
X.Nəsirzadə