Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib.
Bununla bağlı Səlcuk Bayraktar “Twitter” hesabında paylaşım edib.
"Atam Özdəmir Bayraktar və qardaşım Haluk Bayraktarla birlikdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif olunmaq şərəfinə layiq görüldük. Bir millət, iki dövlətin birgə gələcəyi üçün çalışmağa davam edəcəyik", - deyə S.Bayraktar yazıb.*
X.Nəsirzadə