Təhsil Nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini distant (məsafədən) formada təşkil etməyi planlaşdırır.
Nazirlikdən verilən məlumata göeə, bu qərar mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qəbul edilib.
“Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov