Azərbaycanda koronavirus infeksiyasına 2248 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 263,961 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2237 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3593 nəfərə çatıb.
Virusa yoluxmuş 238,985 min nəfər (sutka ərzində +860) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 383 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 375 (ötən gün 14 885 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 888,033 min test aparılıb.*
X.Nəsirzadə