Azərbaycan COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min doza “AstraZeneca” peyvəndi alacaq. Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu gün Prezident İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.
“COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min doza “AstraZeneca” peyvəndi Azərbaycana göndəriləcək”, - deyə Qebreyesus qeyd edib.
Prezident İ.Əliyev bununla bağlı təşəkkürünü bildirib.
Dövlət başçısı peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib. O, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.*
X.Nəsirzadə