Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında görüş keçirilir. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Ayvazyan MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak edir.
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə isə, Lavrov və Ayvazyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin gedişini müzakirə ediblər.
“Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda bildirilir.*