Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyaların bərpası bütün tərəflər üçün sərfəlidir. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib.
“İqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyaların bərpası bütün tərəflər üçün sərfəlidir. Uzun müddət ərzində Cənubi Qafqaz əziyyət çəkib – elə indi də əziyyət çəkir – qarşılıqlı təcriddən, normal əməkdaşlıq təşkil etmək imkanının olmamasından. Bu gün düzgün istiqamətdə hərəkət etməyimizə dair əlamətlər var. Bütün azimutlar üzrə nəqliyyat dəhlizləri və iqtisadi kommunikasiyalar açılmalıdır və inkişaf etməlidir, region ökələrini vahid regional şəbəkəyə “birləşdirməlidir”, - Rudenko “Moskva-Bakı” portalına müsahibəsində bildirib.
Həmçinin, nazir müavini Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirib.
“Bu çox mürəkkəb və kompleksli prosesdir, burada 3 ölkənin bir sıra idarələrinin nümayəndələri iştirak edirlər. Elə qərarlar qəbul etmək vacibdir ki, maraqların balansına riayət olunmaq və qarşılıqlı etimadın tədricən möhkəmlənməsi zamanı Azərbaycan və Ermənistan əraziləri ilə yüklərin və insanların sərbəst hərəkəti üçün maneələri aradan qaldırmaq lazımdır”, - Rudenko qeyd edib.
Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri Rudenko “ikitərəfli münasibətlərin normallaşmasının başlanğıcı” kimi xarakterizə edib.
“Əlbəttə, biz anlayırıq ki, Azərbaycan və Ermənistan sadəcə qarşılıqlı etimadın zəruri səviyyəsinin təşkili, ikitərəfli münasibətlərin normallaşmasına doğru mürəkkəb yolun sadəıcə başlanğıcındadır. Bu yolda çox sayda çətinliklər və maneələri aradan qaldırmaq lazımdır. Azərbaycanlı və erməni dostlarımızla qarşılıqlı əlaqələr qurarkən biz ona diqqət yetiririk ki, Cənubi Qafqazin stabil və dayanıqlı iqtisadi inkişafı Rusiyanın bu region üzrə bütün tərəfdaşlarının maraqlarına cavab verir”, - nazir müavini vurğulayıb. **
X.Nəsirzadə