Mayın 30-da “Bank Respublika” səhmdarları ümumi yığıncaqda 2020-ci ilin nəticələrini müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Mayın 30-da bankın səhmdarları ümumi yığıncaqda 2020-ci il üçün kənar audit yoxlamasının nəticələrini təsdiq edəcəklər. O cümlədən, 2020-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi məsələsinə baxılacaq”, - bankdan qeyd ediblər.
Bundan başqa, səhmdarlar Müşahidə Şurasının tərkibini təsdiq etməlidirlər.
Xəbər verildiyi kimi, 2020-ci ildə fəaliyyətin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 21 min manat təşkil edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. **
R.Əhmədov