İqtisadi əməkdaşlıq üzrə Azərbaycan Rusiya Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın zamanda Moskvada keçiriləcək. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib.
“Pandemiya 2020-ci ildə keçirilməsi nəzərdə tutulan ikitərıfli tədbirlərin reallaşdırılmasına düzəlişlər daxil etdi. HK-nin iclası, Regionlararası və Gənclər Forumu və Rusiyada Azərbaycanın Mədəniyyət Günlərini təxirə salmalı olduq. HK-nin iclasının yaxın zamanda Moskvada keçirilməsini gözləyirik, 2021-ci ildə planlaşdırılan bütün əsas tədbirləri təşkil etməyə yönəlmişik”, - Rudenko “Moskva-Baku” portalına müsahibəsində bildirib.
Həmçinin, nazir müavini qeyd edib ki, Rusiya şirkətləri Qarabağda Azərbaycaın azad olunmuş ərazilərdə infrastrukturun inkişafında iştirakda maraqlıdır, bu da Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi münasibətlərində müsbət təsir göstərəcək.
“Rusiya şirkətləri infrastrukturun bərpası, həmin ərazilərdə müxtəlif biznes layihələrinə sərmayələrin yatırılmasında iştiraka maraq göstərir. Ümid edirik ki, yaxın zamanda konkret ideyalar görəcəyik. Bu, Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq”, - Rudenko qeyd edib.
Nazir müavini koronavirus pandemiyası ilə baölı vəziyyəti şərh edərək vurğulayıb ki, bu iki ölkənin turist axınına mənfi təsir edib.
“Hazırda turist axınının bərpası perspektivlərini qiymətləndirmək çox çətindir. Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadılıb. Həm də Rusiyada epidemioloji vəziyyət ideal olmaqdan çox uzaqdır. Bu yaxınlarda ölkələrimiz arasında bərpa olunan aviareyslər ilk növbədə vətənə qayıtmaq arzusunda olan Rusiya və Azərbacan vətəndaşları üçün nəzərdə tutulur. Buna baxmayaraq ki, ümid edirik ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca ölkələr arasında nəqliyyat əlaqəsinin əvvəlki həcmi və sayını artırmağa nail olacağıq”, - nazir müavini vurğulayıb.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan Rusiya Hökumətlərarası Komissiyanın son iclası 2019-cu il dekabrın 9-da Bakıda keçirilib. **
X.Nəsirzadə