Kremldə aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfər edəcəyini və onun RF prezidenti Vladimir Putin ilə danışıqlar aparacağını təsdiq ediblər.
“Təsdiq edə bilərəm. Həqiqətən, aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın işgüzar səfəri planlaşdırılıb, onun prezident Putin ilə danışıqları baş tutacaq”, - RF prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov “Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə çox fəal dialoq gedir” qeyd edərək, iki ölkə rəhbərliyinin pmüzakirəsi planlaşdırılan əsas məsələləri sadalayıb. “Qarabağda hərbi əməliyyatlara son qoyan üçtərəfli razılıqların icrası müzakirə olunacaq. Putinin dünən fəal şəkildə müzakirə etdiyi vəCənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasə ilə əlaqədar məsələlər müzakirə ediləcək”, - Peskov qeyd edib. **