2021-ci ilin birinci rübündə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $61,6 təşkil edib. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“2021-ci ilin birinci rübündə “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $61,6 təşkil edib”, - Əhmədov qeyd edib.
O, həmçinin bildirib ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $53,1 təşkil edib. Beləliklə, 2021-ci ilin birinci rübündə “Azeri Light” neftin bir barreli CIF şərtləri ilə $8,5 və ya 16% artıb.
Xəbər veruildiyi kimi, 2020-ci ildə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $43,7 təşkil edib.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Bu müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölünür.
Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür.**
N.Abbasova