Azərbaycanda koronavirus infeksiyasına 2361 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 266,322 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2248 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3617 nəfərə çatıb.
Virusa yoluxmuş 239,807 min nəfər (sutka ərzində +822) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 22 min 898 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127 (ötən gün 14 375 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 901,16 min test aparılıb.**
Ə.Məmmədov