Azərbaycan 2020-ci il 9 noyabr tarixli Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir, o cümlədən bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarıb. Bu barədə XİN başçısı Ceyhun Bayramov bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Bayramov cümə günü Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
Həmçinin, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib. Xüsusilə, Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Bakıya təqdim etmədiyini bildirib.
O cümlədən, XİN başçısı Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.
Bayramov əlavə edib ki, üçtərəfli bəyanatlar çərçivəsində kommunikasiyaların açılması bütün regionun xeyrinə olacaq və regional əməkdaşlıq üçün yeni perspektivlər açacaq. **
R.Əhmədov