Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun ekspertləri regionda nəqliyyat kommunikasiyalarının mümkün bərpasının texniki imkanları, müddəti və xərclərini müzakirə edirlər. Bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib.
“İşlər davam edir. Üçtərəfli işçi qrupunun növbəti görüşünün tarixi ekspert altqrupların fəaliyyəti nəzərə alınmaqla razılaşdırılacaq. Bu mərhələdə altqrupların ekspertləri diqqəti nəqliyyat əlaqələrinin mümkün bərpasının texniki imkanları, tələb olunan xərcləri və müddətinə, o cümlədən, bərpa olunacağı halda MDB hüquqi tənzimlənmə dairəsinin dəqiqləşdirilməsinə yönəldiblər”, - Qriqoryan Ermənistanın “Aykakan jamanak” qəzetinə bildirib. **