Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cahit Bagcini Türkiyənin Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib.
Bayramov özünün Twitter hesabında Bagciyə yeni vəzifəsində müvəffəqiyyətlər arzu edib.
Həmçinin, XİN başçısı qeyd edib ki, Bagcinin Azərbaycanda səfir vəzifəsinə təyinatı “gələcəkdə iki ölkə arasında əlaqələrin genişləndirilməsinə xidmət eəcək”.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Erkan Özaralın bu ölkənin Azərbaycanda səfir vəzifəsindən geri çağırılması barədə fərman imzalayıb və bu vəzifəyə Cahit Bagcini təyin edilməsi haqqında fərman imzalayıb. **
B.Rüstəmbəyov