10 noyabr tarixindən etibarən Qarabağda mina partlaması nəticəsində 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, daha 85 nəfər ağır yaralanıb. Bu barədə «İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Məlumdur ki, Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistan bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirib. 10 noyabr 2020-ci il tarixində (Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan) mina partlaması nəticəsində Azərbaycanın 14 nəfəri mülki şəxsi və 6 nəfər hərbi qulluqçusu həlak olub”, - XİN-dən qeyd ediblər.
Azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 16 nəfər mülki şəxs və 69 hərbçi, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları ağır yaralanıb.
O cümlədən, XİN-dən qeyd edilib ki, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Azərbaycan Mina Xəbərdarlığı Günündə müraciətini bir daha təkrar edir və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırır. **
B.Rüstəmbəyov