Azərbaycanda koronavirus infeksiyasına 2021 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 270,735 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2392 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3677 nəfərə çatıb.
Virusa yoluxmuş 241,646 min nəfər (sutka ərzində +776) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 412 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 210 (ötən gün 15 585 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 928,955 min test aparılıb.**
B.Rüstəmbəyov