Gələn həftə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə Moskvada danışıqlar aparacaq.
“Gələn həftə Nikol Paşinyan ilə əyani görüş baş tutacaq”, - “Rossiya-1” telekanalı məlumat verir.
Öncə Paşinyanın mətbuat xidməti məlumat verib ki, bu məqsədlə Ermənistanın baş naziri özünütəcrid rejiminə riayət edir.
Öz növbəsində RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu gürüşdə Qarabağda hərbi əməliyyatların başa çatmasına son qoyan üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) sazişin icrası müzakirə olunacaq. **