“Təmiz Şəhər” ASC təhlükəli (zərərli) tullantılar üçün poliqonun tikintisi layihəsinin “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ)” sənədlərinin hazırlanmasına 50 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «İqlim Ltd» MMC ilə 49,56 min manat dəyərində müvafiq müqavilə bağlanıb.
Prezident İlham Əliyev 2008-ci il avqust ayının 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin mart ayında “Təmiz Şəhər” ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.*
B.Rüstəmbəyov