Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aprelin 8-də Hesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı müzakirə etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdəki mənbə məlumat verib.
Hesablama Palatasının Kollegiyası aprelin 1-də keçirilmiş iclasda 2020-ci ildəki fəaliyyətə dair hesabatı təsdiq edib və sənədin parlamentə göndərilməsi barədə qərar qəbul edib.
“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu hesabatı aprelin 8-də keçiriləcək iclasda müzakirə edəcək. Hesabat gələn həftə parlamentin iclasında müzakirə olunacaq”, - deyə mənbə bildirib.*
R.Əhmədov