Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasının gedişinə, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regionda mövcud problemlərin həllinə dair gələcək addımlara baxılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.*