Azərbaycanda koronavirus infeksiyasına 1099 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 271,834 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2021 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3711 nəfərə çatıb.
Virusa yoluxmuş 242,293 min nəfər (sutka ərzində +647) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 830 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763 (ötən gün 12 210 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 935,718 min test aparılıb.*
X.Nəsirzadə