“AZNUTS” MMC yaxın vaxtlarda Xaçmaz rayonunun Xudat şəhərində yeni fındıq emalı zavodu istifadəyə verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Zavod ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündədir. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib”, - deyə məlumatda bildirilir.
Müəssisədə 30 iş yeri açılacaq.*
B.Rüstəmbəyov