2020-ci ildə Unibank ASC əməkdaşlarının sayını 11,7% - 1372 nəfərədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Bankın materiallarına əsasən, 2019-cu ilin sonuna Unibank-ın ştatı 1260 nəfər, iyunun sonuna – 1325 nəfərə, sentyabrın sonuna - 1347 nəfərə, dekabrın sonuna – 1372 nəfərə çatıb.
Unibank 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
R.Əhmədov