Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Aqrar Sığorta Fondu arasında sığorta sektorunun inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə ASA-dan məlumat verilib.
Sənədi Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovimzalayıblar.
Mirsalayev qeyd edib ki, əməkdaşlığa dair memorandum yeni aqrar sığorta mexanizminin inkişafına, aqrar sığortanın stimullaşdırılmasına imkan yaradacaq.
Həmçinin, tərəflər birgə reallaşdırılmaq üçün nəzərdə tutulan layihələri müzakirə ediblər. **
B.Rüstəmbəyov