Bakı Sağlamlıq Mərkəzi Rusiyanın “Sputnik V” və İngiltərə- İsveçin vaksinlərinbirgə tətbiqinin kliniki tədqiqatlarında iştirak məqsədilə könüllülər seçimini elan edir.
2021-ci ilin fevral ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə vermişdir.
BSM-nin məlumatında deyilir ki, tədqiqatlar N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupuarasında 2020-ci ilin dekabrında imzalanan əməkdaşlıq haqqında birgə memorandum çərçivəsində aparılacaq.
Kliniki tədqiqatlar beynəlxalq etik və elmi planlaşdırma standartı və GCP (good clinical practice – lazımi kliniki təcrübə) tədqiqatlarının keçirilməsinə uyğun və Azərbaycan Səhiyyə Nazirliyinin təsdiq etdiyi kliniki tədqiqatlar protokoluna əsasən aparılır. Sınaqlarda 18 yaşdan yuxarı olan şəxslər iştirak edə bilərlər. **
R.Əhmədov