Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA)əməkdaşların könüllü tibbi sığortası üzrə sığorta şirkəti seçir. Bu barədə Agentliyin elanında qeyd olunur.
Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Sığorta şirkətlərindən təkliflər 8 aprel saat 11:00-dək qəbul olunur.
Əlaqə telefonu: (+99412) 505-44-00 (daxili 2012),t.xalilov@adra.gov.az
Prezident İlham Əliyev 2017-ci ilin iyun ayında “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.**
N.Abbasova