Azərbaycanda koronavirus infeksiyasına 2035 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 273,869 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1099 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3743 nəfərə çatıb.
Virusa yoluxmuş 243,467 min nəfər (sutka ərzində +1174) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26,659 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701 (ötən gün 6 763 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 948,419 min test aparılıb.**
R.Əhmədov