Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı ikinci mərhələ üzrə 370,82 min vətəndaş vaksinasiya olunub. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Vurulan vaksinlərin ümumi sayı – 982,291 min ədəddir. Eyni zamanda, 370,82 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub”, - məlumatda qeyd edilir.
Azərbaycan əhalisinin sayı 10,1 milyon nəfəri ötür. Beləliklə, əhalinin təxminən 3,7%-i ikinci mərhələ üzrə vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb. **
R.Əhmədov