Bu gün Rusiya prezidenti Vladimir Putin Moskvaya işgüzar səfər edəcək Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Daha əvvəl Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasının gedişi nəzərdən keçiriləcək, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regionda mövcud problemlərin həllinə dair gələcək addımlar müzakirə olunacaq.*