Azərbaycanda koronavirus infeksiyasına 2595 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 276,464 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2035 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3780 nəfərə çatıb.
Virusa yoluxmuş 244,54 min nəfər (sutka ərzində +1073) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 144 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 593 (ötən gün 12 701 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 963,012 min test aparılıb.*
X.Nəsirzadə