FIFA-nın reytinqində Azərbaycan millisi 110-cu pilləyə enib. Reytinqin yeni versiyası bu gün təşkilatın saytında dərc olunub.
Daha əvvəl Azərbaycan yığması reytinqdə 108-ci pillədə qərarlaşmışdı.
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1 və Serbiyaya 1:2 hesabı ilə uduzub.
Millimizin qrupdakı rəqibləri olan Portuqaliya 5-ci (dəyişməyib), Serbiya 25-ci (+5), İrlandiya 47-ci (-5), Lüksemburq isə 96-cı (+2) pillədə yer alıb.
Reytinqə Belçika yığması başçılıq edir. İlk onluqda Fransa, Braziliya, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Argentina, Uruqvay və Danimarka yer alıb.*
X.Nəsirzadə