“Aztelekom” MMC fiber optik rabitə xətləri üçün birləşdirici və sonlama ləvazimatlarının satın alınmasına 554 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Aztelekom” «Touchess» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 554 min 80,45 manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.*
N.Abbasova