Qarabağda iqtisadi-ticarət əlaqələrinin və nəqliyyat marşrutlarının bərpası postmüharibə dövründə regionda bərpanın və Ermənistanın inkişafının ən mühüm tərkib hissəsidir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Əlbəttə ki, ən vacib tərkib hissə (postmüharibə dövründə bərpanın - İF) Ermənistanın inkişaf üçün yeni imkanlar əldə etməsi məqsədilə regionda iqtisadi-ticarət əlaqələrinin və nəqliyyat marşrutlarının bərpası mümkünlüyüdür”, - deyə o, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.*