"Azərenerji" ASC Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi çərçivəsində smeta xərclərinin hesablanması, işlərin icra qrafiki, ehtimal olunan qiymətin müəyyən edilməsi məqsədi ilə məsləhətçi seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim təkliflər sorğusu üsulu ilə keçirilir.
Sorğuda iştirak etmək istəyən şirkətlər təkliflərini 13 aprel saat 10:00-dək təqdim etməlidir.
Xəbər verildiyi kimi, energetika naziri Pərviz Şahbazov məlumat verib ki, “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir”. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır.
Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq
1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır.
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıqhaqqında” sazişi təsdiq edib. Bu sənəd reallaşdırılması hələ 1989-cu ildə başlanan öncə ratifikasiya olunan sazişin davamıdır, lakin Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işalı nəticəsində dayandırlıb. **
N.Abbasova