“Moody`s Investors Service” («Moody`s») SOCAR şirkətinin korporativ reytinqini “Ba2” (CFR) səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Həmçinin, “Moody`s” SOCAR-ın defolt ehtimalı üzrə reytinqini (PDR) “Ba2-PD” səviyyəsində, baza kredit ödəmə qabiliyyəti reytinqini «b1” səviyyəsində (BCA) və SOCAR-ın üstün hüquqa malik təminatsız notlar üzrə reytinqini “Ba2” səviyyəsində təsdiq edib.
Həmçinin, agentlik reytinqlər üzrə proqnozu"stabil"dən "müsbət"ə dəyişib.
Agentliyin məlumatında qeyd olunur ki, proqnozun yüksəldilməsi Azərbaycanın suveren reytinqləri üzrə proqnozlara dair analoji hərəkətlə şərtlənib.
“SOCAR-ın 100% dövlətə məxsus olduğunu nəzərə alaraq, Moody`s şirkətin reytinqi müəyyən etmək üşün dövlət emitendlətin metodologiyasını (GRI) tətbiq edir. SOCAR-ın reytinqi baza kredit şirkətinin əmsalını, hansı ki, fövqəladə dövlət dəstəyi istisna olmaqla, onun muxtar kredit qabiliyyətini ölçür, müsbt proqnozla milli valyutada Azərbaycan hökumətinin reytinqi, dövlət ilə şirkət arasında yüksək dərəcədə asılılığı və maliyyə böhranı halında yüksək səviyyədə dövlət dəstəyini nəzərə alır”, - agentliyin məlumatında deyilir.
Agentliyin analitikləri Azərbaycanın neft-qaz sektorunda və milli qitrisadiyyatda şirkətin əsas rolunu, karbohidrogen hasilatının davamlı həcmlərini, şirkətin, pul vəsaitlərinin mühüm qalıqları və borcun rahat ödənilməsi qrafiki ilə dəstəklənən adekvat likvidliyini qeyd edirlər və gözləyirlər ki, SOCAR-ın kredit qabiliyyətinin göstəriciləri 2021-ci ildə neft və qaz qiymətlərinin bərpası hesabına yaxşılaşacaq.
“O cümlədən, SOCAR-ın reytiqnləri şirkətin iri ticarət əməliyyatlarını, hansılar ki, onun birləşmiş gəlirliliyini azaldır, leverici artırır və maliyyə nəticələrinin proqnozlaşdırılmasını məhdudlaşdırır, o cümlədən, SOCAR qrupu tərəfindən 2014-2015-ci illərdə Goldman Sachs International şirkətinə SOCAR-ın Türkiyədə 2019-cu il 31 dekabr tarixinə 2,7 milyard manat ümumi məbləğdə və vaxtı 2021-ci ildə sona çatan və icra olunacağı təqdirdə SOCAR-ın likvidliyinə təzyiq göstərə biləcək müəyyən aktivlərdə pay barəsində iki ofertin icrası barəsində qeyri-müəyyənliyi nəzərə alır. Bundan başqa, SOCAR qrupunun mürəkkəb təşkilati strukturu və müxtəlif törəmə və aslı şirkətlərdə arici aktivlər və səhmlərlə əməliyyatlar barəsində şəffaflığın və məlumatın aydın olmaması qalmaqdadır”, - Moody`s qeyd edir. **
Ə.Məmmədov