Azərbaycan Mərkəzi Bankı Banklararası Kart Mərkəzinin arxitekturasında istifadə olunan texniki platformanın yenilənməsi üçün podratçı seçir. Bu barədə AMB-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı – 500 manatdır.
Tender təklifləri 25 may saat 18:00-dək qəbul olunur. Tender proseduru 26 may saat 15:00-da AMB-nin inzibati binasında baş tutacaq.
Tenrin şərtlərinə görə, texniki avadanlıqlar, standart proqram təminatı lisenziyaları və xidmətlər tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 8 ay ərzində təhvil verilməlidir. **
Ə.Məmmədov