“Azərişıq” ASC Abşeron rayonunun Novxanı qəsəbəsində yeni yarımstansiyanın tikintisi üçün podratçı seçir.
İşləri həcminə daxildir: 143 saylı 35/6 kV-luq 10 MVA gücündə mövcud yarımstansiyanın yeni 35/6 kV-luq 20 MVA gücündə yeni yarımstansiya ilə əvəz olunması, avadanlığın quraşdırılması.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 400 manatdır.
Şirkətlərdən tender təklifləri 7 may saat 12:00-dək qəbul olunur. Tender proseduru 11 may saat 12:00-da baş tutacaq.
Əlaqə telefonu: 440-39-93 (daxili 92-19).
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova