Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı strategiyanı təsdiq edib. Bu barədə ASA-dan məlumat verilir.
Strategiya 2021-2023-cü illəri əhatə edir və Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.
8 strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb. **
Ə.Məmmədov