Rusiya şirkətləri Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə layihələrdə iştirakda maraqlıdır. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib.
“Sözsüz ki, Rusiya şirkətləri Azərbaycan rayonlarının (Qarabağın - İF) sosial-iqtisadi potensialının bərpası işində öz niyyətləri barədə bəyan edirlər. Xüsusilə, “Rusiya Dəmir Yolları” QSC bu istiqamətdə iş həyata keçirir. Rəhbərlərimizin razılaşdığı kimi, ilk aspekt nəqliyyat-logistika sahəsində layihələr olacaq, bu hissədə də (Qarabağda - İF) dəhlizlər, müvafiq infrastruktur yaratmaq lazımdır”, - Mirsayapov “Lavrina ilə diskurs” YouTube kanalında bildriib.
O, həmçinin qeyd edib ki, layihələrdə iştiraka dair təkliflər xüsusilə geoloji kəşfiyyat, avtomobil yollarının layihələndirilməsi, dəmir yolu dəhlzilərinin yaradılması sahələrində fəaliyyət göstərən Rusiya şirkətlərindən daxil olur.
“Hazırda Azərbaycan hökumətində (Qarabağda - İF) rayonların bərpası üzrə kompleks proqram hazırlanır. Bu proqramda ayrıca layihələr qeyd ediləcək. Biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə dialoq zamanı Rusiya şirkətlərinin geniş spektrini təklif edəcəyik, həmin şirkətlər Azərbaycan tərəfinsdən müsabiqə usülu ilə seçiləcəklər”, - Mirsayapov qeyd edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan hökuməti Qarabağda infrastruktur layihələrin reallaşdırılmasına dövlət büdcəsindən 2,2 milyarda manat ($1,3 milyard) ayıracaq. Bundan başqa, Azərbaycan hökuməti Qarabağda bəpra layihələrinə özəl sərmayələri fəal şəkildə cəlb etməyi planlaşdırır. **
X.Nəsirzadə