2021-ci ilin birinci rübünün yekunları üzrə Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ayırmalar 895 milyon manat təşkil edib, bu da proqnozdan 13,6% çoxdur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Cari ilin yanvar-mart ayıarında DSMF-yə daxilolmalar proqnoz göstəriciləri 107 milyon manat ötüb, bunun 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür”, - Cabbarov rəsmi Facebook səhifəsində yazıb.
2021-ci ilüçün DSMF-nin büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30,16 min manat səviyyəsində proqnozlaşdırılır, bu da 2020-ci ilin göstəricisindən 7,6% çoxdur. **
B.Rüstəmbəyov