Azərbaycanda koronavirus infeksiyasına 2717 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 279,181 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2595 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 811 nəfərə çatıb.
Virusa yoluxmuş 245,881 min nəfər (sutka ərzində +1341) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 29 min 489 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 581 (ötən gün 14 593 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 977,593 min test aparılıb.**
X.Nəsirzadə