Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefon söhbəti zamanı aprelin 7-də Rusiya liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələri nəzərə alınmaqla, Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat verib.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və cari il 11 yanvar tarixli bəyanatlara əsasən vəziyyətin gələcəkdə stabilləşməsinin müzakirəsi davam etdirilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, “xüsusilə, regionda sülhün təmnatı, təhlükəsizlik və yüksələn xəttlə sosial-iqtisadi inkişafı, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə içlərin icrası konkret şəkildə müzakirə olunub”.
“Eyni zamnda, cari il aprelin 7-də Moskvada yüksək səviyyədə Rusiya-Ermənistan danışıqlarının nəticələri nəzərə alınıb”, - məlumatda vurğulanır.
Mətbuat xidmətinin məlumatına görə, müxtəlif formatlarda təmasların aktivləşməsi barədə şərt kəsilib. **