Ermənistan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə nümayəndə heyətinin Rusiya təyyarəsi ilə Bakıdan Yerevana gəlməsi barədə KİV-in yaydığı məlumatı təkzib edib.
“Aprelin 8-də Azərbaycan-Türkiyə nümayəndə heyətinin Yerevana səfəri ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. Dəqiqləşdirilməmiş məlumatların dərc olunmasından çəkinməyə çağırırıq”, - deyə nazirliyin mətbuat xidməti bildirir.*