“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsinə 1 milyon manatdan çox vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “Electro Construction” QSC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 milyon 86,072 min manatdır.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
N.Abbasova