2020-ci ildə “Unibank” ASC səhmdarlarına 5 milyon 82 min 904,09 manat dividend ödəyib.
2019-cu ildə dividend ödənişi həyata keçirilməyib.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir. Bankın səhmlərinin 86,3839%-i Eldar Qəribova, 7,6004%-i “Canley Finance S.A.” şirkətinə (Lüksemburq) məxsusdur. Qalan səhmdarların payı 5%-dən çox deyil.
2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı “Unibank”ın səhmdarlarının tərkibindən çıxıb.*
R.Əhmədov