Ukrayna 2021-ci ilin yanvar-mart aylarında neft və neft xammalı idxalını 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,7 dəfə - 305,313 min tonadək artırıb.
Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, bu dövrdə $110,1 milyon məbləğində xammal idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 10,4% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, neftin bütün həcmi Azərbaycandan daxil olub.
Ukrayna 2020 və 2021-ci illərin yanvar-mart aylarında neft ixrac etməyib.*
R.Əhmədov