Azərbaycanda koronavirus infeksiyasına 2206 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 281,387 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2717 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3846 nəfərə çatıb.
Virusa yoluxmuş 247,459 min nəfər (sutka ərzində +1578) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 82 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692 (ötən gün 14 581 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 990,285 min test aparılıb.*
X.Nəsirzadə